Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artdı

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artdı

Hazırda oxunan: Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artdı

82464

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il illə müqayisədə 25,4% artıb.

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi xəbərə görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı isə 12,8%, pambıq iplik ixracı 5,2%, artıb.

2022-ci ilin iyun ayı üzrə ixrac 3,1 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8% təşkil etməklə 269,6 mln. ABŞ dolları olub.

2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6% artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1% artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO