Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında II oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
Qanunun hazırkı 4.1-ci bəndi belədir:
"Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:17 / 22.06.2022
Sığorta sahəsində fərdi uçot bu qaydada aparılacaq
Hazırda oxunan: Sığorta sahəsində fərdi uçot bu qaydada aparılacaq
Hazırda oxunan: Sığorta sahəsində fərdi uçot bu qaydada aparılacaq
80446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.