Sosial sığorta haqlarında artım necə tənzimlənəcək?

Sosial sığorta haqlarında artım necə tənzimlənəcək?

Hazırda oxunan: Sosial sığorta haqlarında artım necə tənzimlənəcək?

80120

Hesablama Palatası qeyri-büdcə sektoru üzrə sosial sığorta gəlirlərinin növbəti aylarda da artım tempinin dayanıqlı olması ilə bu istiqamətdə gəlirlərin artıqlamasıyla icra olunacağı qənaətindədir. 

Qurum hesab edir ki, bu, İlk 5 ay üzrə qeyri-dövlət sektorunda orta aylıq nominal əmək haqqında əsaslı artımların olması, yeni yaradılmış iş yerlərinin 90%-nin bu sektorun payına düşməsi, qeyri-neft sektoru üzrə ÜDM-in əhəmiyyətli artımla proqnozlaşdırılmasının nəticəsidir.

Bizim.Media xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi rəydə əksini tapıb.

MÖVZU İLƏ BAĞLI:

Sığorta bazarı hansı dəyişikliklərə möhtacdır?


Belə ki, təqdim edilmiş izahata əsasən, cari ilin başa çatmış ilk 5 ayında qeyri-büdcə sektoru üzrə daxil olmuş məcburi dövlət sosial sığorta haqqı 1160,4 mln. manat olub ki, bu da 965,08 mln. manat həddində təsdiq edilmiş proqnoz göstəricisindən 195,31 mln. manat çoxdur. 

Apa.az-ın məlumatına görə, qanun layihəsində cari il üzrə qeyri-büdcə sektorundan daxil olacaq sosial sığorta haqqının 227,4 mln. manat (9,3%) artırılaraq 2666,2 mln. manat həddində proqnozlaşdırılması təklif edilir.  

Dövlət Vergi Xidmətindən Hesablama Palatasına təqdim edilmiş hesabat məlumatlara əsasən, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin I rübündə fiziki şəxs kimi qeydə alınmış aktiv vergi ödəyicilərinin sayı 4678 nəfər artaraq 111426 nəfər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO