Azərbaycan bu il üçün səhiyyə xərclərini 80 milyon manat azaldır

Azərbaycan bu il üçün səhiyyə xərclərini 80 milyon manat azaldır

Hazırda oxunan: Azərbaycan bu il üçün səhiyyə xərclərini 80 milyon manat azaldır

80063

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, səhiyyə xərcləri 1 milyard 708,797 milyon manat səviyyəsində müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir.

Report-un məlumatına görə, bu, təsdiq olunmuş büdcə proqnozu ilə müqayisədə 79,8 milyon manat və ya 4,5 % azdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan müdafiə xərclərini artırır


Məlumata görə, yenilənmiş səhiyyə xərclərinin 1,804 milyon manatı (əvvəlki proqnozla müqayisədə 8,3 % və ya 139 min manat çox) poliklinikalar və ambulatoriyalara, 169,954 milyon manatı (1,2 milyon manat və ya 0,7 % az) xəstəxanalara, 2,591 milyon manatı (2 min manat və ya 0,08 % çox) səhiyyə sahəsində tətbiqi tədqiqatlarına, 1 milyard 534,449 milyon manatı (78,8 milyon manat və ya 4,9 % az) səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, 1 milyard 125,675 milyon manatı (dəyişməyib) isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üzrə nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO