Azərbaycan qazının ilk partiyası Bolqarıstana çatdı

Azərbaycan qazının ilk partiyası Bolqarıstana çatdı

Hazırda oxunan: Azərbaycan qazının ilk partiyası Bolqarıstana çatdı

79970

Azərbaycan qazının ilk partiyası Yunanıstan-Bolqarıstan (IGB) birləşdirici boru kəməri ilə Bolqarıstana çatıb. 

Bizim.Media "yandex.ru"ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın BNR radiostansiyası məlumat yayıb. 

Xammalın sınaq həcminin iyunun sonunadək vurulması planlaşdırılır.

IGB Trans-Adriatik Qaz Boru Kəmərinə, Yunanıstanın Milli Qaz Sisteminə və gələcəkdə Yunanıstanın liman şəhəri Aleksandrupolisdə üzən LNG-nin yenidən qazlaşdırılması zavoduna birləşdiriləcək.

Qaz kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 3 milyard kubmetrdir, ancaq  5 milyard kubmetrə qədər genişləndirilməsi potensialı var. IGB Avropa Komissiyasının ümumi maraq doğuran layihələri siyahısındadır, Aİ buna 84 milyon avro maliyyə ayırıb.

İGB qaz kəmərinin tikintisinin 2021-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılırdı.

“Kommersant” yazır ki, onun iyulda istifadəyə verilməsi nəzərdə tutulurdu, lakin sonradan istismara verilmə müddəti ötən ilin sonunadək təxirə salınmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO