27-28 May tarixlərində Park Inn-də xarici ölkə bank rəhbərlərinin də iştirakı ilə “Financial İnnovation Forum 2015”x9d keçirildi. Tədbirin ilk günü Finans sektorundakı yeniliklərlə əlaqəli 4 debat baş tuttu, debatlarda yerli Standart Bank, Bank Technique, Beynelxalq Bank, Ansar Leasing və s. ilə yanaşı xarici şirkət rəhbərləri də iştirak etdi. Debatlardan ən yadda qalanı Azərbayncan Finans sektoru üçün də yenilik sayılan “İslam Bankçılığı”x9d (yeni adı ilə Tərəfdaşlıq Bankçılığı) oldu. Ənənəvi bankçılıqdan fərqlər müzakirə olundu, bəzi yerli bankların bu çərçivədə bəzi fəaliyyətlərə başladıqları ətrafında məlumatlar paylaşıldı.
Tədbirin ikinci günü Startup layihələrə ayrılmışdı və 5 startup oz layihəsini dinləyicilər qarşısında təqdim etdi. Bunlar alkredit.az, bethclip, notify, xercim.az və SmartPlane layihələri idi. Startup layihələrdən ən çox diqqət çəkən təqdimat bir müddətdir Finans sektoruna yenilik gətirmiş alkredit.az şirkəti oldu. Xatirladım kı alkredit.az saytı kreditləri müqayisə etmək və onlayn sifariş etmək imkanı yaradan saytdır. Şirkət öz təqdimatında ilk dəfə olaraq bu yarım ildəki onlayn kredit sifarişlərinin həcmini (42 mln manat), artiş trendini, sifarişçilərin yaş və maaş məbləğlərinə görə qrafiklərini (əlavədədir) açıqladı. Hal hazırda Kapital Bank, Bank of Baku, Unibank, Dəmirbank kimi 10-dan artıq bankla əməkdaşliq etdiklərini bildirdi və onlayn kredit sifarişini bazara gətirməklə istehlakçıların vərdişlərini dəyişdirdiklərindən danışdı. Artiq kredit sifariş etmək üçün banka getməyə ehtiyac olmadığını, alkredit.az saytına girərək 30 saniyədə sifariş etməyin mümkün olduğunu bildirdi.
Diqqət çəkən və sual atəşinə tutulan bir digər startup yerli mühəndislərin hazırladığı insansız uçan təyyarə oldu. SmartPlane adlı təyyarə artıq prototipləri hazırlanmış və sınaq uçuşları həyata keçirmiş layihədir və dunyaca məşhur kickstarter-də oz yatırımçılarını gözləyir.
Tədbirdə son olaraq startupçı və investorların iştirakı ilə müzakirələr oldu. Hər iki tərəf problemlərdən və həlli yollarından danışdı, bu sferada riskin birneçə startupa invest edərək azaldılabiləcəyindən danışıldı, Onlarla sualın və fikrlərin səsləndiyi müzakirədə son dəqiqələrə kimi bütün auditoriyanın akitiv iştirakı diqqət çəkdi.
“Financial Innovation Forum 2015”x9d tədbirinin təşkilatçısı “Hansa Fincon”x9d və “Khazar Ventures”x9d şirkətləri idi.





























































































