Azərbaycanın 2022-ci ildə təhsil xərcləri artırılır.
Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, təhsil xərcləri 3 884 325 660,0 manatdan 3 886 648 443,0 manata çatdırılır.
Bu vəsaitdən məktəbəqədər təhsilə 377 004 282,0 manat, ümumi təhsilə 2 091 019 320,0 manat, peşə təhsilinə 63 843 628,0 manat, orta ixtisas təhsilinə 87 350 384,0 manat, ali təhsilə 60 254 899,0 manat, əlavə təhsilə 8 679 522,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 7 020 701,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər 1 191 475 707,0 manat ayrılacaq.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Proqramı iştirakçılarının bu xərcləri qarşılanacaq
Bundan əvvəl ayrılması nəzərdə tutulan 3 884 325 660,0 manat vəsaitdən məktəbəqədər təhsilə 376 858 452,0 manat, ümumi təhsilə 2 089 913 442,0 manat, peşə təhsilinə 63 815 386,0 manat, orta ixtisas təhsilinə 87 300 596,0 manat, ali təhsilə 59 987 844,0 manat, əlavə təhsilə 8 664 992,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 7 015 701,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə 1 190 769 247,0 manat vəsait ayrılacaqdı.
Göründüyü kimi məktəbəqədər təhsilə, ümumi təhsilə. peşə təhsilinə, orta ixtisas təhsilinə, ali təhsilə, əlavə təhsilə, təhsil sahəsində tətbiqi tədqiqatlara, təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər artırılıb.
Bizim.Media