Azərbaycanın strateji valyuta ehtiyatları 54 mlrd. dolları ötdü 

Azərbaycanın strateji valyuta ehtiyatları 54 mlrd. dolları ötdü 

Hazırda oxunan: Azərbaycanın strateji valyuta ehtiyatları 54 mlrd. dolları ötdü 

79741

Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır və 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1,9 % artaraq 54,2 milyard ABŞ dollarına yüksəlib 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. 

Bilkdirilir ki, xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarının cari və ortamüddətli dövr üzrə tarazlığını dəstəkləyir. 

"Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnoz yüksəldilmə istiqamətində təshih edilib. Bu təshih ilin ötən dövründə xarici sektor göstəricilərinin dinamikası, habelə əsas ixrac məhsullarının faktiki və proqnozlaşdırılan qiyməti nəzərə alınmaqla aparılıb. Belə ki, I rübdə cari əməliyyatlar balansında ÜDM-in 22,5 %-i həcmində profisit qeydə alınmışdır. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil edib. Beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcəkdir. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur. 

Xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir.

Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 milyon ABŞ dollaır, tələb isə 288 milyon ABŞ dolları təşkil edib. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib", - ABB qeyd edib. 

Məlumatda deyilir ki, əsas ixrac qiymətlərinin artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında profisit əhəmiyyətli artmaqdadır: "2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22,5 %-i həcmində profisit qeydə alınıb. Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir. Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır.

Əvvəlki toplantılarda Mərkəzi Bankın pul siyasətinin sərtləşməsi ilə bağlı qərarlarının da inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam edir.

Qiymətləndirmələrə görə artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımlarından təsirlənir. Xarici sektor göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin parametrləri dəyişməz saxlanılmış, cari ilin sonuna pul kütləsinin tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO