Bu ərazilərdəki kirayə bağ evlərinə müraciətlər ARTIB - RƏQƏMLƏR

Bu ərazilərdəki kirayə bağ evlərinə müraciətlər ARTIB - RƏQƏMLƏR

Hazırda oxunan: Bu ərazilərdəki kirayə bağ evlərinə müraciətlər ARTIB - RƏQƏMLƏR

79262

Yay fəslində istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayı artıb. Kirayə bağ evlərinə tələbat isə daha çox Bakı kəndlərinədir.

Bu sözləri Bizim.Media-ya NBA Konsaltinq şirkətinin rəhbəri, əmlak üzrə ekspert Nüsrət İbrahimli kirayə bağ evlərinə müraciətlərlə bağlı məsələdən danışarkən qeyd edib.

Onun sözlərinə görə son bir ayda kirayə bağ evlərinə müraciətlərdə aktivlik müşahidə olunur:

“Kirayə bağ evlərinin orta qiyməti 1 kvadratmetrə görə 7 manat 77 qəpikdir. Ötən illə müqayisədə 0, 65 faiz artım var. Bütün evin orta qiyməti isə 1757 manat təşki edir. Orta qiymətdə artım isə 9, 33 faiz təşkil edir. Ən çox Mərdəkan, Şüvəlan, Buzovna və Bilgəh ərazilərində yerləşən kirayə bağ evlərinə müraciətlər olunur. 

Qeyd edək ki, Bakıətrafı qəsəbələrdə elə bağ evləri var ki, qiymətləri bəzi hallarda 10 000 manata qədər artır. Hətta aylığı 15-20 minə təklif olunan bağ evlərinə də rast gəlmək mümkündür.

Məlumat üçün bildirək ki, paytaxtdakı sıxlıqdan və yaşıllıq ərazisi çox olan zonalarda istirahətə üstünlük verənlərin də sayı az deyil.

Bölgələrdə bağ evlərinin bir günlük kirayəsi 50 manatdan başlayır və 250-300 manatadək arta bilir. Bu, daha çox Quba-Qusar, Qax-Balakən, Qəbələ, Nabran, Şəki və Şamaxıya aiddir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO