Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ‘’Paşa Holding” Şirkətlər Qrupu innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən birgə Vençur Kapitalı Fondunun yaradılmasını bəyan edib.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə yerli Startap İcması, innovasiya ekosisteminin tanınmış üzvləri, ‘’Technovate-Sabah mələk investorlar klubu’’nun təsisçiləri və investorları iştirak ediblər.
Qeyd edək ki, Vençur Kapitalı Fondunun büdcəsi 11,3 milyon manat təşkil edir. Fondun təsis olunmasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “Paşa Holding” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırıb.
Sözügedən fond 7 il ərzində maliyyə texnologiyaları, təhsil texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, bulud texnologiyaları, pərakəndə satış, e-ticarət və oyun sənayesi kimi sektorlarda ümumilikdə 150 yerli və regional startaplara investisiya yatırmağı planlaşdırır. İnvestisiya prosesi ölkədə həyata keçirilən inkubasiya və akselerasiya proqramlarının təhlili əsasında icra ediləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:49 / 14.06.2022
Azərbaycanda yeni fond yaradılır
Hazırda oxunan: Azərbaycanda yeni fond yaradılır
Hazırda oxunan: Azərbaycanda yeni fond yaradılır
79135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.