Neftin qiyməti sürətlə düşəcək? – Ekspert AÇIQLADI

Neftin qiyməti sürətlə düşəcək? – Ekspert AÇIQLADI

Hazırda oxunan: Neftin qiyməti sürətlə düşəcək? – Ekspert AÇIQLADI

77402

“Əl-Riyadın gündəlik neft hasilatını artırması ilə neftin qiyməti 70-80 dollaradək düşə bilər”. 

Bunu Bizim.Media-ya açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban sanksiyalarla Rusiyanın neft ixracının kəskin azalması nəticəsində Səudiyyə Ərəbistanının özünün gündəlik neft hasilatını artırmağa hazır olduğu barədə verdiyi bəyanata münasibət bildirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada yekunlaşacaq Bakı Enerji Həftəsinin avantajları - İlham Şabandan ÖZƏL 


“Səudiyyə Ərəbistanı və BƏƏ qısa müddətdə öz neft hasilatlarını 1 milyon barreldən artıq həcmdə artırmaq gücündə olan ölkələr sırasındadır. Bu, həmin ölkələrin potensialı və mövcud quyuların istismara verilməsi və bu quyularda neft ehtiyatının yüksək olması ilə bağlıdır.

Öz növbəsində ABŞ-da şift nefti hesabına hasilatını 13 milyon barrelə qədər artırmaq iqtidarındadır. Ona görə Əl-Riyadın atacağı bu addım neftin ucuzlaşmasına gətirib çıxaracaq.

Proses buna doğru gedəcək. Çünki neftin 100 dollardan artıq qiymətə qalxması Rusiya-Ukrayna münasibətlərinin hərbi fazaya keçməsilə gündəmə gəlib. Bu faza zəiflədikcə, özünün əksini qiymətdə tapacaq”. 

Bununla belə, həmsöhbətimiz qeyd edir ki, istənilən halda bazarda Rusiya neftinin balanslaşdırılması üçün 6 ay zaman lazımdır. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO