Energetika naziri ABŞ dövlət katibinin nümayəndəsi ilə görüşdü - FOTO

Energetika naziri ABŞ dövlət katibinin nümayəndəsi ilə görüşdü - FOTO

Hazırda oxunan: Energetika naziri ABŞ dövlət katibinin nümayəndəsi ilə görüşdü - FOTO

77061

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanla görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin fəaliyyəti, təbii qazın hazırda Türkiyə və Avropa ölkələrinə nəqli, həmçinin dəhlizin genişləndirilməsindən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bərpa olunan enerji mənbələrindən elektrik enerjisi və hidrogenin istehsalı, eləcə də ixracı istiqamətində həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat verilib. 
Ölkəmizin “yaşıl” enerji üzrə prioritlərinin reallaşdırılmasının əhəmiyyəti Avropaya enerji tədarükünün şaxələndirilməsi aspektində dəyərləndirilib. 

Həm Xəzər dənizinin nəhəng külək potensialından istifadə, həm də Cənub Qaz Dəhlizinin ötürücülük gücünün artırılması ilə bağlı hədəflərə nail olmaq üçün qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO