Horadiz – Ağbənd dəmir yolunun 2-ci mərhələsinə start verildi - FOTO

Horadiz – Ağbənd dəmir yolunun 2-ci mərhələsinə start verildi - FOTO

Hazırda oxunan: Horadiz – Ağbənd dəmir yolunun 2-ci mərhələsinə start verildi - FOTO

76766

Horadiz – Ağbənd dəmir yolunun ikinci mərhələsinə start verilib. 

Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 faizi tamamlanıb. 

Ox üzrə uzunluğu 110,4 kilometr olan Horadiz - Ağbənd dəmir yolu tikinti işləri 3 mərhələdə həyata keçirilir.

Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 kilometr, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 kilometr, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 kilometr təşkil edir.

Hazırda layihənin ikinci mərhələsi üzrə tikinti işləri aparılır. Horadiz stansiyasından çıxan işçi qatarlar Soltanlı və Qumlaq stansiyalarına qədər sərbəst hərəkət edə bilir və tikinti üçün zəruri olan materialın təminatı işini həyata keçirir. 

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova işlərin 2023-cü ildə tam yekunlaşacağını bildirib: 

“Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yol ötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub”.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO