“Dövlət müəssisələrini dərhal özəlləşdirməklə heç nəyə nail olmayacağıq”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bizdə tarif sahəsində çox ehtiyatlı siyasət aparılır:
“Çalışılır ki, tariflər kəskin surətdə artmasın. Dövlət büdcəsindən bu tariflərdə olan fərq bağlanılır. Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq. Amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:48 / 25.05.2022
“Azərbaycanda qazın qiyməti çox aşağıdır” - Samir Şərifov
Hazırda oxunan: “Azərbaycanda qazın qiyməti çox aşağıdır” - Samir Şərifov
Hazırda oxunan: “Azərbaycanda qazın qiyməti çox aşağıdır” - Samir Şərifov
76155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.