Azərbaycanda yüksək inflyasiyanın SƏBƏBLƏRİ

Azərbaycanda yüksək inflyasiyanın SƏBƏBLƏRİ

Hazırda oxunan: Azərbaycanda yüksək inflyasiyanın SƏBƏBLƏRİ

76106

Azərbaycanda baş verən yüksək inflyasiya əsasən idxal inflyasiyası ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sevinc Həsənova hesab edir ki, yalnız Azərbaycanda deyil, bütün dünyada COVID-dən sonrakı dövrə keçid olaraq yaranmış tələbin qarşılanmasındakı çətinliklər misli görünməmiş inflyasiya təzyiqləri yaradıb.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı da bu təzyiqlərdən yan ötməyib:

“Bizim verdiyimiz proqnozlara nisbətən inflyasiya daha yüksək – 17 % olub. Beynəlxalq təşkilatıların proqnozuna görə 2021-ci ilin son ayında ən yüksək həddə çatacağı, növbəti ildə əmtəə qiymətləri indeksinin nisbətən 5 dəfə aşağı olacağı, 2022-ci ilin ortalarına qədər həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı ehtimal edilib.
Ancaq pandemiyanın təsiri nəticəsində qlobal təchizat və istehsal logistika zəncirində baş vermiş sınmaların hələ də qalması, xüsusilə də son aylar Rusiya-Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokunun baş verməsi, dünyanın müxtəlif yerlərində baş verən iqlim dəyişiklikləri, o cümlədən, quraqlıq səbəbindən məhsuldarlığın azalması bir sıra məhsulların ixracını azaldıb. Bu da bir çox məshulların qiymətlərinin artmasına gətirib çıxarıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO