Bank sistemi üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 130 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artıb.
Bizim.Media Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ödəniş kartlarında artım debet kartları üzrə 18.8%, kredit kartları üzrə 30.7% təşkil edib.
“Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1.6 mln. ədəd artıb”, - deyə hesabatda qeyd olunub.
Hesabata əsasən ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü (2021-ci ilin yanvar-aprel ayları) ilə müqayisədə 2.3 dəfə artıb. 2022-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1659 mln. manat təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:11 / 24.05.2022
Azərbaycanda bu ödənişlər kəskin artıb
Hazırda oxunan: Azərbaycanda bu ödənişlər kəskin artıb
Hazırda oxunan: Azərbaycanda bu ödənişlər kəskin artıb
75909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.