“Pandemiya dövründə ədliyyənin rəqəmsallaşdırılması vacibdir. Amma bunun üçün yerli əhalinin internetə çıxış imkanlarını təmin etmək lazımdır”.
Bizim.Media xəbır verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O, 2022-ci ili əhatə edən tədbirlər planının təsdiq edildiyini qeyd edib: “Burada 40-a yaxın müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Təəssüf ki, insanların 45 faizinin müxtəlif səbəblərdən internetə çıxış imkanları məhduddur.
Bunu biz pandemiya dövründə daha aydın görə bildik. Artıq növbəti 10 illiklərdə sosial bərabərsizlik deyil, rəqəmsal bərabərsizlik problemlərindən danışmağa başlayacağıq.
Ədliyyənin rəqəmsallaşdırılması müsbət haldır. Amma rəqəmsal xidmətlərin əlçatanlığı üçün yerlərdə əhalinin internetə çıxış imkanları təmin edilməlidir ki, bu xidmətlərdən yararlana bilsinlər".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:07 / 23.05.2022
Azərbaycanda vətəndaşların 45%-nin internetə çıxışı yoxdur - RƏSMİ
Hazırda oxunan: Azərbaycanda vətəndaşların 45%-nin internetə çıxışı yoxdur - RƏSMİ
Hazırda oxunan: Azərbaycanda vətəndaşların 45%-nin internetə çıxışı yoxdur - RƏSMİ
75746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.