Avropa Rusiyanı başqa enerji resursları tədarükçüsü ilə əvəz edə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bunu “Lukoyl” neft şirkətinin keçmiş rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov “Financial Times”a müsahibəsində deyib.
“Avropa İttifaqının Rusiya kimi böyük enerji ixracatçısını hətta ortamüddətli perspektivdə əvəz etməsi mümkün deyil. Hazırda Avropaya axan Rusiya neftini yönləndirmək üçün yeni infrastrukturun yaradılması illər çəkəcək. Bu, bütün bazar iştirakçıları üçün mənfi uzunmüddətli nəticələri olan çox ağır enerji böhranıdır”, - Ələkbərov bildirib.
“Lukoyl”un keçmiş rəhbərinin fikrincə, Avropanın uzun illərdir formalaşmaqda olan dünyanın enerji konfiqurasiyasını dağıtmağa ehtiyacı yoxdur.
"Qlobal sənaye artıq yüz milyardlarla, hətta trilyonlarla dollar itirib", - Ələkbərov vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:00 / 22.05.2022
Vahid Ələkbərov: "Qərb Rusiya neftinin əvəzini tapmayacaq"
Hazırda oxunan: Vahid Ələkbərov: "Qərb Rusiya neftinin əvəzini tapmayacaq"
Hazırda oxunan: Vahid Ələkbərov: "Qərb Rusiya neftinin əvəzini tapmayacaq"
75629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.