Azərbaycan neftinin qiyməti 119 dolları keçdi

Azərbaycan neftinin qiyməti 119 dolları keçdi

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 119 dolları keçdi

74720

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,14 ABŞ dolları, yaxud 1,82 % artaraq 119,39 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı neft bazarındakı mənbə yayıb.

Mənbə qeyd edir ki, dünən “Brent” markalı neftin bir bareli 107,45 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO