Avro müharibə başlayandan 14 faiz dəyər itirib - Ucuzlaşma davam edəcək

Avro müharibə başlayandan 14 faiz dəyər itirib - Ucuzlaşma davam edəcək

Hazırda oxunan: Avro müharibə başlayandan 14 faiz dəyər itirib - Ucuzlaşma davam edəcək

74569

"Avropa pulu dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən avro artıq 1.04 kursunadək ucuzlaşıb. Bu avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir".

Bizim.Media xəbər verir ki, bununla bağlı deputat Vüqar Bayramov “Facebook” səhifəsində məlumat paylaşıb. 

Deputat qeyd edib ki, avronun ucuzlaşması daha çox sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlardandır: 
 

MÖVZU İLƏ BAĞLI:

Avronun gələcəyi ilə bağlı BƏDBİN PROQNOZ – Manat ucuzlaşacaqmı?


"Bir tərəfdən enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür. Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb. Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək infilyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozanda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir".

Millət vəkili hesab edir ki, müharibə uzandıqca avronun ucuzulaşması davam edəcək:

"Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görsənmir. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real görsənmir. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO