Gəncədə “KOB Fest” – sərgi-satış yarmarkası keçirildi - FOTO

Gəncədə “KOB Fest” – sərgi-satış yarmarkası keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə “KOB Fest” – sərgi-satış yarmarkası keçirildi - FOTO

74225

Bu gün Gəncədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə “KOB Fest” - sərgi-satış yarmarkası keçirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qərb bölgəsinin müxtəlif şəhər və rayonlarından, o cümlədən Gəncədə müxtəlif sahələrdə fəaliyyət göstərən 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektləri öz məhsulları ilə yarmarkada iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov belə yarmarkaların kiçik və mikro bizneslə məşğul olan iş adamları üçün məhsulları nümayiş etdirmək və markalarını tanıtmaq üçün çox əlverişli olduğunu vurğulayıb. 
Sonra qonaqlar sərgidə iştirak edən kiçik sahibkarlıq subyektlərinin stendlərilə, yarmarkaya çıxardıqları məhsullarla yaxından tanış olublar. 

Sərgi-satış yarmarkasına qatılan biznes strukturları arasında Gəncədə yeni fəaliyyətə başlayan Zəfəroğlu Elektrik MMC-də var idi. Şirkətin direktoru Sübhan Həsənov agentliyin idarə heyətinin sədrinə məlumat verib ki, elektrik lampalarının istehsalı ilə məşğul olan Zəfəroğlu Elektrik bu satış yarmarkasına 4 adda məhsulla qatılıb. 

İş adamı belə yarmarkaların əhəmiyyətli olduğunu vurğulayıb:

“Bu kimi satış yarmakaları istehsal etdiyimiz məhsulları satmaqdan çox markamızın tanınması baxımından çox vacibdir. Sərgiyə baxmağa gələnlər arasında Ukrayna ilə iş birliyində olan biznesmen də vardı. Biz ona məhsullarımızın çeşidləri və keyfiyyəti barədə ətrafli məlumat verdik. Məhsullarımız onu yaxından maraqlandırdı və gələcəkdə əməkdaşlıq barədə razılığa gəldik. Belə görüşlər və tanışlıqlar gələcəkdə biznesimizin daha da böyüməsinə yardımçı olacaq”- deyə S.Həsənov əlavə edib. 

19 yaşlı gənc rəssam Ayla Yüsifzadə isə satış yarmarkasına əl işləri ilə qatılıb. Artıq 7 ildir bu işlə məşğul olan gənc xanım bunu bir biznes layihəsi kimi görür:

“Mən hələ uşaqlıqdan rəsm əsərləri çəkir, bəzək əşyalarından müxtəlif maraqlı sənət əsərləri hazırlayırdım. Sonradan işimdən maddi qazanc götürmək qərarına gəldim. Bu yarmarkada bir neçə əl işimi satdım. Artıq məni bir rəssam kimi burada bir çox insanlar tanıdı. Hesab edirəm ki, belə sərgilər ilk addımlarını atanlar üçün çox yaxşı tanınmaq imkanıdır” - deyə A. Yüsifzadə əlavə edib. 
“KOB Fest” - sərgi-satış yarmarkası müsiqiçilərin ifaları ilə müşayət olunub. Xan Bağında təşkil olunantədbirə qatılan şəhər sakinləri stendlərə baxmaqla yanaşı, həm də istirahət ediblər. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO