“Qərb sahibkarlarına bir az da yaxın olduq” - KOBİA sədri Orxan Məmmədovdan AÇIQLAMA 

“Qərb sahibkarlarına bir az da yaxın olduq” - KOBİA sədri Orxan Məmmədovdan AÇIQLAMA 

Hazırda oxunan: “Qərb sahibkarlarına bir az da yaxın olduq” - KOBİA sədri Orxan Məmmədovdan AÇIQLAMA 

74218

“İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda mikro və kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Bu gün Daşkəsəndə və Göygöldə “KOB dostu” ofisləri fəaliyyətə başladı”. 

Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı Gəncədə səfərdə olan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu rayonda “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək


O, bildirib ki, burada sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb:

“KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərəcək ki, bu da həyata keçiriləcək layihələrin effektivliyini artıracaq, bununla da sahibkrlara bir az da yaxın olacağıq”. 

Onun sözlərinə görə, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə KOB dostlarının sayı 3-ə çatıb. Hazırda ölkənin 33 şəhər və rayonunda kiçik və orta biznesə dəstək layihəsi olan “KOB dostu” fəaliyyət göstərir. 

O.Məmmədov Gəncədə təşkil olunan “KOB Fest” – sərgi-satış yarmarkasının yüksək səviyyədə təşkilini də bu istiqamətdə həyata keçirilən layihələrin bir hissəsi olduğunu vurğulayib:
 

“Bu gün Gəncədə keçirilən bu “KOB Fest” – sərgi-satış yarmarkasında qərb bölgəsinin müxtəlif şəhər və rayonlarında, o cümlədən də Gəncədə müxtəlif sahələrdə fəaliyyət göstərən 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektləri öz məhsulları ilə iştirak edir.


Bu kimi yarmakalar yerli iş adamlarının məhsullarını və markalarını tanıtdırmaq üçün çox yaxşı imkandır. Hesab edirəm ki, gələcək də belə tanıtım və satış yarmarkalarının təşkili kiçik bizneslə məşğul olanlar üçün geniş imkanlar açmaqda, fəaliyyətlərini daha da genişləndirmələri üçün yardımçı olacaq. Agentlik bundan sonra da ölkədə kiçik və orta biznesin inkişaf etidrilməsi istiqamətində işlərini davam etdirəcək”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO