Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 5 faiz idxal gömrük rüsumundan azad olunub.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
İndiyə qədər salatlıq və ya yarpaqlı çuğundurun toxumları (Beta vulgaris var. conditiva) idxal gömrük rüsumundan azad olub.
Qərara əsasən, digər salatlıq və ya yarpaqlı çuğundurun toxumları da 5 faiz idxal gömrük rüsumundan azad edilib.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:17 / 13.05.2022
Balıq unu gömrük rüsumundan azad edildi
Hazırda oxunan: Balıq unu gömrük rüsumundan azad edildi
Hazırda oxunan: Balıq unu gömrük rüsumundan azad edildi
74088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.