Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqlarının rəqəmsal XƏRİTƏSİ hazırlanacaq - FOTO

Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqlarının rəqəmsal XƏRİTƏSİ hazırlanacaq - FOTO

Hazırda oxunan: Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqlarının rəqəmsal XƏRİTƏSİ hazırlanacaq - FOTO

73942

Türkiyə Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki anomaliyaların rəqəmsal xəritəsinin hazırlanmasına dəstək olacaq.

Bizim.Media  “AzerGold” QSC-yə istinadən xəbər verir ki,  bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri nümayəndə heyətlərinin Türkiyənin Ankara şəhərində bu ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA) keçirilən görüşlərdə məlum olub.

Görüşlərdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, mülti və hiperspektral platformaların tətbiqi, qeyri-invaziv texnologiyaların mənimsənilməsi, həmçinin digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO