ABŞ-ın blokladığı Azərbaycan bankının sahibi ölkəni tərk edib - DETALLAR 

ABŞ-ın blokladığı Azərbaycan bankının sahibi ölkəni tərk edib - DETALLAR 

Hazırda oxunan: ABŞ-ın blokladığı Azərbaycan bankının sahibi ölkəni tərk edib - DETALLAR 

73105

ABŞ-ın fəaliyyətini blokladığı banklar siyahısına Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən Bankoff da daxil edilib. Ondan sonra minlərlə Azərbaycan vətəndaşı bankdakı vəsaitinin taleyi barəsində məlumat ala bilmir.

Qeyd edək ki, Bankoff  ABŞ tərəfindən bloklanan ilk Azərbaycan bankıdır və bank rəsmi olaraq bloklandığını təsdiq edərək müştərilərindən üzrxahlıq edib.

Bəs ABŞ-ın Azəbaycan bankını bloklamasına səbəb nə oldu?

Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən START UP üzrə layihə meneceri, ekspert Cəmil Hüseynzadə bildirib ki, Bankoff START UP layihəsi əsasında yaranmış milli online bankdır:
 

MÖVZU İLƏ BAĞLI:

Banklarda əhalinin əmanətləri 10 milyard manatı ötdü


“Bank bir ildən çoxdur ki, online olaraq fəaliyyət göstərirdi. Mobil tətbiq əsasında çalışırdı. Fəaliyyəti təkcə Azərbaycana deyil, bütün qlobal dünyaya fokuslanmışdı”.

Ekspertin sözlərinə görə, Rusiyanın böyük banklarına sanksiya tətbiq olunduqdan sonra onlar alternativlər axtarmağa başladılar.

Bu alternativi isə online Azərbaycan bankı olan Bankoff öz üzərinə götürdü və ondan sonra olanlar oldu:

“Son zamanlar Bankoff-a Rusiyadan xeyli visa və mastercard sifarişləri gəlməyə başladı və bu ölkədə yaşayan müştəriləri vasitəsilə bankın gəlirləri birə-beş artdı. Məhz Rusiyanın bloklanan şirkətləri ilə əməkdaşlıq etdiyi və Rusiya vətəndaşlarına xidmət göstərdiyi üçün Amerika online fəaliyyət göstərən Azərbaycan Bankının fəaliyyətini blokladı. Aprel ayının sonu və may ayının əvvəlində şirkət bloklandığını açıqlamağa başladı. Bloklanma isə bankın xidmətlərindən istifadə edən bütün şəxslərə şamil edilir”.

Əldə etdiyimiz məlumata görə, bank Elmir Əliyev adlı şəxsə məxsusdur. Bankın fəaliyyəti bloklandıqdan sonra Elmir Əliyev bütün əlaqə nömrələrini və sosial-media hesablarını donduraraq  Azərbaycanı tərk edib.
 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də sözügedən START UP layihəsini dəstəkləyənlər arasında olub. Nazirlik bankın fəaliyyətinin dayandırması ilə bağlı hələ ki, heç bir məlumat açıqlamayıb.


Mövzu ilə bağlı Rəqəmsal İnkişav və Nəqliyyat Nazirliyinin, o cümlədən Bankoff rəsmilərinin mövqelərini dərc etməyə hazırıq.

Leyla Şah, Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO