“Dünyanın ərzaq təhlükəsizliyi sistemi bir sıra risklərlə üzləşib\

“Dünyanın ərzaq təhlükəsizliyi sistemi bir sıra risklərlə üzləşib\" – Nazir 

Hazırda oxunan: “Dünyanın ərzaq təhlükəsizliyi sistemi bir sıra risklərlə üzləşib\" – Nazir 

73017

'Bu illər ərzində dünyanın ərzaq təhlükəsiziliyi sistemi bir sıra risklərlə üzləşib. COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır". 

Bizim.Media xəbər verir ki, bunu “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edərkən Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov deyib. 

Onun sözlərinə görə, bu çağırışlar həm də ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoyub. 

"FAO-nun “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır.
Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır. Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk",- deyə nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO