Yay aylarında manatı hansı tale gözləyir? – Ekspert dəyişmə faizlərini AÇIQLADI 

Yay aylarında manatı hansı tale gözləyir? – Ekspert dəyişmə faizlərini AÇIQLADI 

Hazırda oxunan: Yay aylarında manatı hansı tale gözləyir? – Ekspert dəyişmə faizlərini AÇIQLADI 

72958

FED 2000-ci ildən bəri ən böyük faiz artımını yaşayır. 0.5% bənd artıraraq politika faizini 0.75-1%-ə çatdırdı.

Faiz dərəcələri artırılmağa davam edərsə, dollar məzənnəsinin manata qarşı qalxacağı və neftin ucuzlaşacağı yönündə müzakirələr aparılır.

İqtisadçı ekspert Fərid Mehralızadə Bizim.Media-a cari ilin ikinci rübü üçün dolların gələcəyi haqqında danışıb.

“Dollara qarşı manat məzənnəsinin dəyişilməsi riski hələ yoxdur. Çünki Azərbaycan büdcə gəlirlərinin 50%-i Neft Fondunun vəsaitləri hesabına formalaşır. İxracımızın da 90%-i neftdən asılıdır. Bu baxımdan hökümətin büdcə öhdəliklərinin yerinə yetirilməsi üçün qiymətlərin büdcədə nəzərdə tutulan həddə olması kifayət edir. Bu il bu hədd 50 dollar olaraq nəzərdə tutulub. İlin əvvəlindən isə görürük ki, neft qiyməti 100 dollardan baha olub”.

Ekspert bildirir ki, əgər neft 50 dollardan aşağı düşməsə və bu insident bir neçə aylarla baş verməsə dolların bahalaşması gözlənilmir.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO