BP-nin vitse-prezidenti Azərbaycanda səfərdədir

BP-nin vitse-prezidenti Azərbaycanda səfərdədir

Hazırda oxunan: BP-nin vitse-prezidenti Azərbaycanda səfərdədir

72937

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycanda səfərdədir. 

Bu barədə Bizim.Media-ya “BP-Azerbaijan” şirkətindən məlumat verilib. 

Məlumata görə, bu, Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biridir və əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir. 

Q. Birrelin səfər proqramında BP-nin regional rəhbərliyi ilə görüşlər və şirkətin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırki vəziyyəti və gələcək planlarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur. 
Səfər çərçivəsində cənab Q. Birrel həmçinin bu gün Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) ofisinə baş çəkərək SOCAR-ın rəhbərliyi ilə də görüşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO