Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların altıncı paketinə daha iki Rusiya bankının SWIFT-dən ayrılmasını təklif etmək niyyətindədir.
Bizim.Media “Politico” nəşrinə istinadən xəbər verir ki, söhbət Moskva Kredit Bankı və Rusiya Kənd Təsərrüfatı Bankından gedir.
Bundan əlavə, “Sberbank”a qarşı yeni sanksiyalar nəzərdən keçirilir.
Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell daha çox Rusiya bankının SWIFT-dən ayrılacağını açıqlamışdı.
Qeyd edək ki, martın əvvəlində Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT-dən ayırıb. VTB, VEB.RF, “Novikombank”, “Otkritie”, “Promsvyazbank”, “Rossiya” və “Sovcombank” sanksiyalara məruz qalıblar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:00 / 04.05.2022
SWIFT-dən ayrılacaq daha 2 Rusiya bankının adı açıqlandı
Hazırda oxunan: SWIFT-dən ayrılacaq daha 2 Rusiya bankının adı açıqlandı
Hazırda oxunan: SWIFT-dən ayrılacaq daha 2 Rusiya bankının adı açıqlandı
72675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.