RİNN-in gəlirləri ötən il kəskin azalıb

RİNN-in gəlirləri ötən il kəskin azalıb

Hazırda oxunan: RİNN-in gəlirləri ötən il kəskin azalıb

72000

2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) 26,959 mln. manat gəlir əldə edib. 

Bizim.Media qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici 2020-ci ilin göstəricisi ilə müqayisədə 58,9% və ya 38,639 mln. manat azalıb. 

Əldə olunan gəlirin 9,866 mln. manatı (2020-ci ilə nisbətdə 2,3 dəfə çox) birja əməliyyatlarından, 16,895 mln. manatı (azalma 72,5%) qeyri-birja əməliyyatlarından əldə olunub. 
Ötən il nazirliyin xərcləri 26,826 mln. manat təşkil edib ki, bu da illik ifadədə 59,1% və ya 38,859 mln. manat azdır. 

Qurumun əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri illik ifadədə 4,6% artaraq 5,952 mln. manat, maliyyə yardımları və sair transferlər üzrə xərcləri 20,122 mln. manat (azalma 66,1%), sərf edilmiş material ehtiyatları üzrə xərcləri 30,3% azalaraq 50,7 min manat, amortizasiya xərcləri 1% artaraq 105,9 min manat, sair əməliyyat xərcləri isə 594,1 min manat (artım 58%) təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO