Məşhur aktyor Conni Depp və keçmiş həyat yoldaşı Ember Herdin uzun müddətdir davam edən məhkəmə prosesində yeni təfərrüatlar ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, məhkəmə psixoloqu Dr. Şennon Körri Herdin “Borderline” şəxsiyyət pozğunluğu (Sərhəddə Şəxsiyyət) və histerik pozğunluq olmaqla iki şəxsiyyət pozğunluğuna sahib olduğunu söyləyib.
Deppin hüquq komandası tərəfindən işə götürülən psixoloq Herd ilə 12 saatlıq müsahibələr və psixi sağlamlıq qeydlərini nəzərdən keçirdikdən sonra bu diaqnoza çatdığını bildirib.
Xatırladaq ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər. Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:36 / 27.04.2022
Məşhur cütlüyün məhkəməsində yeni TƏFƏRRÜAT: Ember Herddə şəxsiyyət pozuntusu aşkarlandı
Hazırda oxunan: Məşhur cütlüyün məhkəməsində yeni TƏFƏRRÜAT: Ember Herddə şəxsiyyət pozuntusu aşkarlandı
Hazırda oxunan: Məşhur cütlüyün məhkəməsində yeni TƏFƏRRÜAT: Ember Herddə şəxsiyyət pozuntusu aşkarlandı
71627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.