AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft-qazın həcmi açıqlandı 

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft-qazın həcmi açıqlandı 

Hazırda oxunan: AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft-qazın həcmi açıqlandı 

71568

Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 aprel 2022-ci il tarixinədək 587 mlrd. tondan çox neft (kondensatla birlikdə) hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə AÇG-dən 552 mln. tona yaxın neft, “Şahdəniz”dən isə 35 mln. tondan çox kondensat çıxarılıb. 

Yataqlar istismara veriləndən 2022-ci ilin 01 aprel tarixinədək AÇG-dən 193 mlrd. kub metrdən çox, “Şahdəniz”dən isə 164 mlrd.kub metrə yaxın qaz hasil edilib. 

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən 112 mlrd. kub metrdən çox qaz ixraca nəql edilib”, - məlumatda vurğulanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO