"TANAP-la 26 milyard kubmetrdən çox qaz nəql edilib" - Rövşən Nəcəf

Hazırda oxunan: "TANAP-la 26 milyard kubmetrdən çox qaz nəql edilib" - Rövşən Nəcəf

70951

İstifadəyə veriləndən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə bu ilin 1 aprel tarixinədək 26,13 mlrd. kubmetr qaz nəql olunub.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Twitter səhifəsində yazıb.

“Cari ilin 1-ci rübündə isə 4,01 mlrd. kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub”, - paylaşımda bildirilir.

Xatırladaq ki, bu günə olan məlumata görə, kəmərin ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.
Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO