Azərbaycanın qaz kəmərlərindən gəlirləri 55%-dək artdı

Azərbaycanın qaz kəmərlərindən gəlirləri 55%-dək artdı

Hazırda oxunan: Azərbaycanın qaz kəmərlərindən gəlirləri 55%-dək artdı

70750

Ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 851 856 min manat təşkil edib, bu da illik müqayisədə 54,7% artım deməkdir.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 1 196 728,1 min manat səviyyəsində olub.

Qeyd edək ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur.
Qaz nəqlinin 50,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci il ilə müqayisədə 43,6%-lik artım).

Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 6,3% artaraq 1 197 649,8 min manat təşkil edib. 2020-ci ildə bu göstərici 1 127 013,2 min manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO