Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq

Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq

Hazırda oxunan: Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq

70569

“Biz son dövrlər büdcənin icrası ilə bağlı nəzarət tədbirləri ilə bağlı müzakirələr aparırıq”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, dövlətin büdcəsinin layihəsinə və icrasına rəy vermək parlamentin şax funksiyasıdır:

“Bu funksiyanın həyata keçirilməsində Hesablama Palatası töhfə verməyə hazırdır. Hesabatda uyğunluq auditinin çox olmasının səbəbi dövlət büdcəsinə bərpa ilə bağlıdır. Səmərəlilik auditində bərpa olmur və qarşıya qoyulan məqsədlərə nail olunmur.
Parlamentin dövlət büdcəsində, digər büdcə layihələrində iştirakı, rolu bizim nəzarət tədbirlərimizlə bağlıdır. Parlamentin rolu nə qədərdirsə, palatanın da rolu o qədərdir. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək. Bu, artıq gələn aydan planlaşdırılır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO