Azərbaycanın yeraltı anbarlarına vurulacaq qazın həcmi açıqlandı

Azərbaycanın yeraltı anbarlarına vurulacaq qazın həcmi açıqlandı

Hazırda oxunan: Azərbaycanın yeraltı anbarlarına vurulacaq qazın həcmi açıqlandı

70210

Qazgötürmə mövsümündə Azərbaycanın Qaradağ və Qalmaz yeraltı qaz anbarlarından (YQA) 1 786 mln. kubmetr qaz çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı SOCAR yayıb.

Məlumata görə, mövsümdə çıxarılan qazın 1 025 mln. kubmetri Qaradağ YQA-nın, 761 mln. kubmetri isə Qalmaz YQA-nın payına düşüb.

Qeyd olunub ki, qazgötürmə mövsümü 02.04.2022-ci il tarixində başa çatıb.

SOCAR-dan bildirilib ki, 2022-ci ilin qazvurma mövsümündə yeraltı qaz anbarlarına ümumilikdə 2 228 mln. kubmetr qazın vurulması planlaşdırılıb, bundan Qaradağ YQA-ya 1 272 mln. kubmetr , Qalmaz YQA-ya 956 mln. kubmetr qaz vurulacaq.

Məlumata əsasən, maksimum aktiv qaz həcmləri (tutumu) Qaradağ YQA üzrə 1 890 mln. kubmetr, Qalmaz YQA üzrə 1 450 mln. kubmetr , ümumi iki anbar üzrə 3 340 mln. kubmetr təşkil edir.

Qeyd edək ki, Azərbaycanın illik qaz istehlakının 13 mlrd. kubmetr olduğu diqqətə alınarsa, ölkədə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur.

Bu da deməyə əsasə verir ki, Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkəsini üstələyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO