Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlandı

Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlandı

70043

Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-mart aylarında ölkədə 439 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 ədəd çox minik avtomobili istehsal olunub.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-mart aylarında 124,0 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı isə 23,0 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 38,9 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO