Süleyman Kərimovun yaxtasına həbs qoyuldu - Ekipaj sahilə çıxa bilmir

Süleyman Kərimovun yaxtasına həbs qoyuldu - Ekipaj sahilə çıxa bilmir

Hazırda oxunan: Süleyman Kərimovun yaxtasına həbs qoyuldu - Ekipaj sahilə çıxa bilmir

69607

Fici Respublikasının hakimiyyət orqanları rusiyalı milyarder Süleyman Kərimova məxsus 106 metrlik “Amadea” yaxtasına həbs qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən Fici FBC telekanalı məlumat yayıb. FBC-nin məlumatına görə, gəmi Ficinin eksklüziv iqtisadi zonasına hakimiyyət orqanlarının müvafiq icazəsi olmadan daxil olduğu üçün saxlanılıb.

Respublikanın mövcud qanunvericiliyinə əsasən, Fici limanlarına daxil olmaq üçün xarici gəmilər bir neçə dövlət idarə və xidmətlərindən icazə almalıdırlar.  

İndi polis araşdırma aparır və yaxtanın ekipajı hələ də göyərtədədir: onlara sahilə çıxmağa icazə verilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO