Avronun manata qarşı orta aylıq məzənnəsi 2 illik minimuma yaxınlaşır - QRAFİK

Avronun manata qarşı orta aylıq məzənnəsi 2 illik minimuma yaxınlaşır - QRAFİK

Hazırda oxunan: Avronun manata qarşı orta aylıq məzənnəsi 2 illik minimuma yaxınlaşır - QRAFİK

69424

Bu gün avronun (EUR) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi daha 0,4% azalaraq 1,8417 manat təşkil edib. Beləliklə, avro manata qarşı 22 aylıq minimumda qalmaqda davam edir.

Bizim.Media xəbər verir ki, sonuncu dəfə avronun manata qarşı bundan aşağı göstəricisi 2020-ci il mayın 18-də qeydə alınıb – 1,8395 manat. Ötən il yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 12,1% ucuzlaşıb.

Qeyd edək ki, bu ay avronun manata qarşı orta aylıq məzənnəsi 13 günün nəticəsinə görə 1,8576 manat təşkil edib ki, sonuncu dəfə buna yaxın göstərici 2020-ci ilin may ayında qeydə alınmışdı – 1,8509 manat.
Rusiyanın Ukrayna ilə mümkün sülh danışıqlarının perspektivlərinin zəifləməsi fonunda avronun dollara qarşı zəifləməsi davam edir. Bu həftə Avropa Mərkəzi Bankının gözlənən faiz qərarına qədər avronun volatil olması gözlənilir.

Hazırda AMB-nin kreditlər üzrə faiz dərəcəsi 0%, marjinal kreditlər üzrə faiz dərəcəsi 0,25%, depozitlər üzrə dərəcəsi isə -0,5% səviyyəsindədir.

Qeyd edək ki, manatın dollara qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, avronun dollar qarşısında dəyərsizləşməsi AZN-EUR cütlüyündə də eyni nəticəyə gətirib çıxarıb (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO