Azərbaycanın növbəti 3 il üçün borclanma məbləği 4,3 milyard manat olacaq

Azərbaycanın növbəti 3 il üçün borclanma məbləği 4,3 milyard manat olacaq

Hazırda oxunan: Azərbaycanın növbəti 3 il üçün borclanma məbləği 4,3 milyard manat olacaq

69377

Azərbaycan növbəti 3 ildə 4,3 milyard manat borc almağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib. 

“Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır - biz nə qədər əlavə borc götürəcəyik.

Eyni zamanda, sizin bu yaxınlarda imzaladığınız sərəncamla Azərbaycanın büdcə qaydası üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır. Həmin çərçivə əsasında ümumi borclanma növbəti 3 il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir.

Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək.

Yəni, bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub. 
Qeyd etmək istərdim ki, bizim bugünkü ümumi daxili məhsul üzrə göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna gözlənilən nəticələr də nəzərə alınmaqla, növbəti illər üzrə İqtisadiyyat Nazirliyi ötən ay bizə yeni ortamüddətli proqnozlar təqdim edib. Bu proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma üzrə əlavə imkanlarımız ola bilər", - deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO