Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Serbiyanın NIS neft şirkətinin səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən açıqlama verilib.
"Son günlər Serbiya mətbuatında SOCAR-ın Serbiyada fəaliyyət göstərən NIS neft şirkətinin səhmlərinin nəzarət paketini almaqda maraqlı olduğu barədə məlumat yayılıb. Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir", - açıqlamada deyilir.
Qeyd edək ki, NIS-in əsas sahibi, Rusiyanın dövlətə məxsus “Qazpromneft” şirkətidir.
"Qazpromneft" Serbiyanın neft şirkətində 51 % paya sahibdir, digər pay hissəsi isə Serbiya hökumətinə məxsusdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:28 / 13.04.2022
SOCAR Serbiya neft şirkətinin səhmlərini alıb? - AÇIQLAMA
Hazırda oxunan: SOCAR Serbiya neft şirkətinin səhmlərini alıb? - AÇIQLAMA
Hazırda oxunan: SOCAR Serbiya neft şirkətinin səhmlərini alıb? - AÇIQLAMA
69350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.