"Azərbaycanda kreditlər birrəqəmli faizlərlə verilməlidir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib.
“Azərbaycanda kredit faizləri çox yüksəkdir. Ümid edirəm ki, yeni tərkib ölkənin pul-kredit sistemini uğurla həyata keçirəcək”, - deyə o, qeyd edib.
Murad Əhmədov, Bizim.Media