Xaçmazda sahibkarlarla görüş:

Xaçmazda sahibkarlarla görüş: "Heç kimin obyekti əlindən alınmayacaq" - FOTO

Hazırda oxunan: Xaçmazda sahibkarlarla görüş: "Heç kimin obyekti əlindən alınmayacaq" - FOTO

68732

Xaçmazda yerli sahibkarlarla keçirilən görüşdə rayon ərazisində sahibkarlıq subyektlərinin yenilənməsi və yolların genişləndirilməsi müzakirə edilib.

Bizim.Media xəbər verir ki, rayonun icra başçısı Elnur Rzayevin iştirakı ilə  keçirilən görüşdə bildirilib ki, Xaçmaz-Quba yolunun və Xaçmaz şəhərinin Bakı prospektinin genişləndirilməsi və bu yollarda yerləşən sahibkarların obyektlərinin fasadının müasir üslubda yenilənməsi işləri aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibkarlarla növbəti görüş bu rayonda olacaq


"Narahatçılığa əsas yoxdur, heç kimin obyekti əlindən alınmır. Qoyulan ümumi tələb hamıya aiddir. Turizm rayonu olan Xaçmazda çoxlu qonaqlar olur. Bütün obyektlərin fasadının eyni olması rayonun və şəhərin ümumi  gözəlliyinın qorunmasına xidmət edir.

Görülən işlər zamanı müasir memarlıq üslubu qorunmaqla nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hətəkəti təmin olunacaq, müasir gecə işıqlandırma sistemi qurulacaq", - deyə icra başçısı bildirib.

Görüşdə yerli sahibkarların təklifləri dinlənilib, suallarına aydınlıq gətirilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO