Azərbaycanda məşhur şirkətə SANKSİYA tətbiq edildi

Azərbaycanda məşhur şirkətə SANKSİYA tətbiq edildi

Hazırda oxunan: Azərbaycanda məşhur şirkətə SANKSİYA tətbiq edildi

68722

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlak bazarında araşdırmaların aparılması tələb olunan sənəd və məlumatları təqdim etmədiklərinə görə mobil telefon cihazları bazarında fəaliyyət göstərən bir neçə təsərrüfat subyekti barəsində iş qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, nəticədə “SOLITON LTD” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib.

İşəbaxılma zamanı “İnteqral” QSC və “ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar tam həcmdə təqdim edildiyi üçün həmin təsərrüfat subyektləri barəsində qaldırılmış işə xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO