Aprelin 4-dən SOCAR planlaşdırılmış prosilaktik işlərinin aparılması üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb.
Bizim.Media "APA-Economics"ə istinadən xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, bazar ertəsi zavodda planlaşdırılmış profilaktik işlərinin aparılması üçün qurğuların bir hissəsinin işinin müvəqqəti dayandırılmasına başlanılıb.
Lazim olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilməsi layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasını planlaşdırır.
İ. Əhmədov onu da əlavə edib ki, NEZ-in fəaliyyəti dayandırıldığı üçün aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparılması üçün öz fəaliyyətini dayandırıb. Qeyd olunub ki, NEZ “Azərikimya”nın əsas xammal mənbəyidir.
Hər iki müəssisənin hansı müddətə dayandırılması və NEZ-in bağlanması zamanı şirkətin Aİ-92 markalı benzin idxal etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı I. Əhmədov açıqlama verməyib.
Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir.
Hazırda NEZ-də yenidən qurma və modernizasiya işləri aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:30 / 07.04.2022
SOCAR Bakıdakı neft emalı zavodunun işini dayandırır - RƏSMİ
Hazırda oxunan: SOCAR Bakıdakı neft emalı zavodunun işini dayandırır - RƏSMİ
Hazırda oxunan: SOCAR Bakıdakı neft emalı zavodunun işini dayandırır - RƏSMİ
68474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.