Sumqayıtda yeni istehsal xətti yaradıldı - 5 milyon investisiya

Sumqayıtda yeni istehsal xətti yaradıldı - 5 milyon investisiya

Hazırda oxunan: Sumqayıtda yeni istehsal xətti yaradıldı - 5 milyon investisiya

68219

Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal xətti yaradılıb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, quraşdırılan avadanlıq iki və üçkameralı, həmçinin “skylight” paket şüşələrin istehsalında istifadə olunur.

Parkın ərazisində İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatların istehsalı həyata keçirilir.

İstehsalın illik həcmi 250-280 min m² şüşə təşkil edir ki, burada 5 növdə və müxtəlif rənglərdə 1 000 çeşiddən çox məhsul emal edilir. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldilib.

Layihənin investisiya dəyəri 5,4 milyon manat təşkil edir.

Məhsullar işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma işlərində istifadə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO