Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozov Bakıda keçirilən Azərbaycan-İsrail Ticarət Palatasının iclasında iştirak ediblər.
Bizim.Media xəbər veri ki, nazir M. Cabbarov bu barədə “Twitter“ hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
İsrailin turizm naziri: “Ölkəmiz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
O qeyd edib ki, iclasda iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, İKT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı barədə səmərəli müzakirələr aparılıb.
Bizim.Media