İdxalı 31 faiz artan şəkər tozu daha da BAHALAŞACAQ – ŞOK PROQNOZ

İdxalı 31 faiz artan şəkər tozu daha da BAHALAŞACAQ – ŞOK PROQNOZ

Hazırda oxunan: İdxalı 31 faiz artan şəkər tozu daha da BAHALAŞACAQ – ŞOK PROQNOZ

67369

“Azərbaycanda şəkər tozunun bahalaşması davam edəcək”.

Bizim.Media xəbər verir ki bu barədə iqtisadçı-ekspert Razi Abbasbəyli “Facebook” hesabında bildirib. Türkiyədə şəkər tozunun kəskin bahalaşdığını vurğulayan ekspert Türkiyə Şəkər Fabrikləri - Türkşəkərin bu gün həmin məhsula 31 faiz qiymət artımı qərarı verdiyini qeyd edib:

“Türkşəkər ƏDV də daxil olmaqla 1 kiloqramı 5.96 lirədən satılan şəkərin qiymətini 7.80 lirəyə qədər artırdı. Bu saatlardan etibarən 5 kiloqramlıq şəkər tozu rəsmi olaraq 45 lirədən 55 lirəyə qədər bahalaşıb. 
Bu gündən etibarən Azərbaycanda da şəkər tozunun qiyməti 20-25 faiz bahalaşıb. 2 gün öncəyə qədər pərakəndə satış nöqtələrində satılan şəkər tozunun 1 kiloqramı 95 qəpikdən 1.20 qəpiyə qədər yüksəlib. 

Bu ilin yanvar-fevral ayında Azərbaycana 29 milyon 28 min 61 ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub. Hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1 faiz artıb”.

İqtisadçı əlavə edib ki, Azərbaycan 2021-ci ildə xarici ölkələrdən 18 min 036 ton şəkər idxal edib ki, bunun əsas hissəsi Türkiyənin (8 min 059 ton), Rusiyanın (5 min 220 ton) və Ukraynanın (4 min 012 ton) payına düşür:

“Əgər Rusiya buğda və şəkər tozunun ixracına qadağa qoyduğunu, Ukraynanın faktiki ixracatı həyata keçirməkdə çətinlik çəkdiyini eyni zamanda, Türkiyədə rəsmi olaraq şəkərin bahalaşması qərarını da nəzərə alsaq o zaman Azərbaycanda şəkər tozunun bahalaşmasının davam edəcəyini indidən proqnozlaşdırmaq olar”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO