Maliyyə hesabatını vaxtında təqdim etməyən partiyaları nə gözləyir? – MSK AÇIQLADI 

Maliyyə hesabatını vaxtında təqdim etməyən partiyaları nə gözləyir? – MSK AÇIQLADI 

Hazırda oxunan: Maliyyə hesabatını vaxtında təqdim etməyən partiyaları nə gözləyir? – MSK AÇIQLADI 

67105

“MSK bu günə qədər sədrsiz qalan bir neçə partiyadan maliyyə hesabatını ala bilməyib”.  

Bunu Bizim.Media-ya açıqlamasında Mərkəzi Seçki Kommisiyasının (MSK) katibi Mikayıl Rəhimov maliyyə hesabatı barədə quruma vaxtında hesabat təqdim etməyən siyasi partiyalara qarşı hansı addımların atıldığına münasibət bildirərkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyaların NƏZƏRİNƏ: MSK-ya hesabat vermə müddəti başa çatır


“Mərkəzi Seçki Kommisiyası maliyyə hesabatını vaxtında təqdim etməyən siyasi partiyalara qarşı məsələ qaldıra bilər. Bu zaman MSK hesabatın gecikdirilməsinin səbəblərini araşdırır. Siyasi partiya bu araşdırmadan sonra da hesabatı təqdim etmədikdə, MSK müvafiq qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini həyata keçirə bilər. Vaxtında proseduru başa çatdırmayan partiyalara münasibətdə inzibati tənbeh tədbiri olaraq cərimələrin tətbiqi nəzərdə tutulub”.  

Ancaq MSK katibi bildirir ki, bu günə qədər heç bir partiyaya münasibətdə cərimələr tətbiq olunmayıb:  

“Bu günə qədər praktikada heç bir partiyaya münasibətdə inzibati tənbeh tədbirləri görülməyib. Qeydə alınan partiyaların hamısı bu illər ərzində bu və ya digər dərəcədə əsasən maliyyə hesabatlarını təqdim edib”.  

M. Rəhimov qeyd edir ki, sözügedən qanun qüvvəyə minəndən üzü bəri yalnız sədrləri rəhmətə gedən bir neçə partiyadan hələ də hesabat ala bilməyiblər:  

“Bu sırada hansı partiyaların yer aldığını unutmuşam. Ona görə də adlarını çəkə bilməyəcəm. Həmin təşkilatlarda yeni rəhbərlik seçilmədiyindən qeyri-müəyyənlikdir. Bu barədə Ədliyyə Nazirliyinə də məlumat verilib. Onların məsələsinə baxıb, nəticəyə uyğun qiymət verəcəyik. Ümid edirəm ki, gec-tez onlar da təqdim edəcəklər”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO