İpoteka ilə alınmış mənzil sökülərsə, kredit ödənişləri necə olur? - AÇIQLAMA 

İpoteka ilə alınmış mənzil sökülərsə, kredit ödənişləri necə olur? - AÇIQLAMA 

Hazırda oxunan: İpoteka ilə alınmış mənzil sökülərsə, kredit ödənişləri necə olur? - AÇIQLAMA 

66897

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 38 035 nəfərə ipoteka krediti verilib.

Bəs ipoteka ilə alınmış mənzilin yerləşdiyi bina hər hansı səbədən sökülərsə, bu halda ipoteka götürən nə etməlidir? 

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. 

Qeyd edilib ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə təminat qismində çıxış edən ipoteka predmeti məhv olduqda, həmçinin üzərində mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda itirildikdə və ya zədələnmə nəticəsində öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə borcalan tərəfindən ipoteka krediti üzrə ödənişlərin həyata keçirilməsi davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 32% artıb


"“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir", - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO